Olimpiya və Paralimpiya yayım mərkəzi açıldı -Tokio-2020
Yaponiyanın paytaxtı Tokioda Yay Olimpiya və Paralimpiya Oyunlarını işıqlandıracaq yayım mərkəzi yarışların başlamasına bir ay qalmış fəaliyyətə başlayıb.
Sportfm.az xəbər verir ki, beynəlxalq yayım mərkəzi qapılarını Koto rayonunda yerləşən “Tokyo Big Sight” sərgi salonunun Şərq zallarında açıb. O, yarışlar vaxtı həm də media mərkəzi kimi fəaliyyət göstərəcək. Mərkəzdə əvvəlcə informasiya ofisi və kafe fəaliyyətə başlayıb. Mərkəzdə Yaponiyadan kənarda olan beş yayım şirkəti artıq studiyaların hazırlanmasına və avadanlığın quraşdırılmasına start verib.
Burada ümumilikdə 100-dən çox yayım şirkətinin çalışacağı gözlənilir. Həmin şirkətlər açılış mərasimi də daxil olmaqla 9500 saatdan çox vizual kontentin bütün dünya üzrə yayımını həyata keçirəcək.
Koronavirusla əlaqədar mərkəzdə təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirilir. İctimai iaşə obyektlərində ara məsafəsinin gözlənilməsi üçün xüsusi sədlər quraşdırılıb.
Beynəlxalq Olimpiya Komitəsinin məlumatına görə, yarışlar başlayanadək KİV nümayəndələrinin 70-80 faizinin vaksinasiya olunacağı gözlənilir.
Oxşar xəbərlər
“Neftçi TV”-yə yayım lisenziyası verildi
Çempionlar Liqasının yayım hüququ "CBC Sport"a qismət oldu - 2024-cü ilədək
AVRO-2020-nin yayım hüququ dövlət büdcəsi hesabına alındı
Yeni Olimpiya və Paralimpiya Oyunları Mərkəzi açılıb - Tokioda
"CBC Sport"da yeni mövsümün sürprizləri: Telekanal 4K sisteminə keçir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası