Bakı 5-ci yerdə -AVRO-2020
Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.
Sportfm.az xəbər verir ki, 36 oyunda ümumilikdə 649 min 320 azarkeş iştirak edib.
Ən çox azarkeş Macarıstanın paytaxtı Budapeştdəki 3 oyunda olub. “Puşkaş Arena”da keçirilən F qrupunun qarşılaşmalarını 166 min 546 azarkeş izləyib.
Rusiyanın “Sankt-Peterburq Arena” stadionundakı 6 oyunda 107 min 988 azarkeş iştirak edib. Danimarkanın paytaxtı Kopenhagen (62 239 azarkeş) bu göstəriciyə görə üçüncü, İngiltərənin paytaxtı London (57 907 azarkeş) dördüncü, Bakı (45 682 azarkeş) isə 5-ci yerdə qərarlaşıb.
Bakı Olimpiya Stadionunda A qrupunun 3 oyunu keçirilib. Bakı 1/4 final mərhələsinin 1 oyununa da ev sahibliyi edəcək.
Oxşar xəbərlər
Ən az azarkeş "Linkoln" - "Qarabağ" matçında oldu - Çempionlar Liqası
“Qarabağ” – “Olimpiakos” matçı ilk 5-likdə
Azərbaycan Premyer Liqasının acı tablosu - 4 oyuna 3900 azarkeş
Bakı Olimpiya stadionu "Siqnal İduna Park"ı necə arxada qoydu?
Azərbaycan Premyer Liqasında daha bir antirekord
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası