Millimiz 1/8 finala vəsiqə qazandı -Dünya çempionatı
Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, D qrupunda mübarizə aparan yığma Portuqaliyanın Nazare şəhərində Estoniya yığması ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan komandasının 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin qollarını Elçin Qasımov, Orxan Məmmədov və Sabir Allahquliyev vurub. Digər qolu isə rəqib öz qapısından keçirib. Beləliklə, xallarının sayını 6-ya yüksəldən Azərbaycan millisi 1/8 finala yüksəlib.
Qrupun digər qarşılaşmasında İsveçrə və Fransa komandaları üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl İsveçrəyə 5:8 hesabı ilə uduzub, Fransaya isə qalib gəlib - 2:0.
Oxşar xəbərlər
Azərbaycan yığması Almaniyanı məğlub etdi - Avropa çempionatı
Millimiz İsveçrəyə məğlub oldu - Dünya çempionatı
Millimiz qələbə ilə başladı - Dünya çempionatı
Millimiz Ukraynaya uduzdu - Avropa çempionatı
Millimiz Almaniyaya qalib gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası