reklam
Qurban Qurbanov Şenol Günəşlə görüşdü -
Sportfm.az xəbər saytı

Qurban Qurbanov Şenol Günəşlə görüşdü -FOTO


Avropa çempionatının A qrupunun 2 oyununu Bakıda keçirəcək Türkiyə millisi Uelslə matçdan əvvəl ilk məşqinə çıxıb.

Sportfm.az xəbər verir ki, "Bakcell Arena"da gerçəkləşən hazırlıq prosesində iki futbolçu iştirak etməyib.

Çağlar Söyüncü və Umut Meraş komandadan kənarda fizioterapevtlə birlikdə zalda məşq etməli olub.

"Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov "ay-ulduzlular"ın təlim-məşq toplanışını ziyarət edib. Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş 49 yaşlı mütəxəssisə millinin imzalı formasını verib.

Qeyd edək ki, AVRO-2020-nin açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması iyunun 16-da Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşacaq. Kollektiv 4 gün sonra İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.

Oxşar xəbərlər

Türkiyə millisi Bakıya gəlir - AVRO-2020
Milli İtaliyaya yollandı - AVRO-2020
Şenol Güneş Bakıdan razı qaldı
Şenol Günəş Bakıya gəldi - FOTO
Şenol Günəş milli komandada!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər