reklam
Fransa millisində narazılıq -
Sportfm.az xəbər saytı

Fransa millisində narazılıq -Jurnalist aranı qatdı


Fransa millisinin hücumçuları Kilian Mbappe ilə Olivye Jiru arasında mübahisəli vəziyyət yaranıb.

Sportfm.az “RMC Sport”a istinadən xəbər verir ki, bu problem hələ də həllini tapmayıb. Hadisənin baş verməsinə Jirunin mediaya dediyi sözlər səbəb olub. Qeyd edib ki, ona çox ötürmə vermirlər, bu olsa, komanda hücumda daha yaxşı təsir bağışlayar. Bildirilir ki, Mbappe Jirunun bu sözlərini öz üzərinə götürüb. Jiru vəziyyəti Mbappe ilə aydınlaşdırmaq istəyib. Bildirib ki, fikrini düzgün ifadə edə bilməyib və buna jurnalistin təxribatçı sualı səbəb olub. O bildirib ki, əslində Mbappeni yox, Benjamen Pavarla N'qolo Kanteni nəzərdə tutur. Bununla da Jiru səhvə yol verdiyini etiraf edib. Buna baxmayaraq, Mbappe narazılığını davam etdirib.

Baş məşqçi Didye Deşam bununla əlaqədar həm hər iki oyunçu, həm də bütün komanda ilə söhbət edib.

Oxşar xəbərlər

Mbappe əməliyyat olunacaq
Mbappe PSJ-dən ayrılır - RƏSMİ
PSJ-nin yeni vitse-kapitanı Mbappe oldu
Mbappe yeni rekorda imza atdı
Jiru rekorda doğru...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər