Olimpiya Oyunlarının Təşkilat Komitəsi yeni qaydalar toplusu hazırladıCOVİD-19-la bağlı
Tokio 2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi Beynəlxalq Olimpiya Komitəsi (IOC) və Beynəlxalq Paralimpiya Komitəsi (IPC) ilə birlikdə COVİD-19 pandemiyası ilə əlaqədar yeni qaydalar toplusu hazırlayıb.
Sportfm.az xəbər verir ki, təlimatları müstəqil ekspertlər və digər idman təşkilatlarından ibarət işçi qrup hazırlayıb.
MOK İdman Şöbəsinin baş məsləhətçisi Vaqif Əliyev bildirib ki, qaydalar toplusunda beynəlxalq qurumlar Milli Olimpiya Komitələrinə tələb və tövsiyyələrini çatdırıblar. MOK isə öz növbəsində qaydalar toplusunu tərcümə edib və federasiyalara yönləndirib. Qaydalar toplusu ilə bağlı federasiyalarla marifləndirmə işlərinə artıq start verilib.
MOK rəsmisinin sözlərinə görə, Taekvondo Federasiyası ilə maarifləndirmə təlimi artıq başlanlıb. Vaqif Əliyev bildirib ki, taekvondoçuların təlimlərinin səmərəli və təhlükəsiz keçirilməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına uyğun şərait yaradılıb. Taekvondoçuların karantin qaydalarına uyğun təlimlərinin keçirilməsi üçün tədbirin baş tutacağı məkan brendləşdirilib.
İdmançılara COVİD-19 virusundan müdafiə olunmaq qaydalarından bəhs edən xüsusi təlimat kitabçaları paylanılıb. Təhlükəsiz şəraitdə təlim-məşq toplantılarını başa vurmaları üçün taekvandoçular komanda həkiminin nəzarəti altında olacaqlar. IOC-un Tokio-2020 Yay Olimpiya Oyunlarında COVİD-19- virusu ilə əlaqəli xüsusi qaydalar toplusunda yer alan yeni tələbləri təlim dövründə iştirakçılara çatdırılacaq.
Qeyd edək ki, qapalı məkanlarda məşq etmək icazəsi olmadığı üçün Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlığın aparılması məqsədilə MOK ilk belə tədbiri Atletika Federasiyasının idmançıları ilə aparıb.
Oxşar xəbərlər
Yaponiya hökuməti Kristinanı tək qoymadı - Qalmaqal
AMADA-dan xəbərdarlıq - "İdmançılar təlimatlara ciddi riayət etməlidir"
İdmançıların 80 faizi peyvəndlənəcək - Tokio-2020
İdmançılar 4 gündən bir testindən keçəcək - Tokio-2020
Olimpiya və Paralimpiya Oyunlarının açılışları ayrı keçiriləcək - Təşkilatçılar belə uyğun bildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
Avropa çempionatında ilk medalı Əhməd Yusifov qazandı
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino
-
30-cu turun oyun cədvəli açıqlandı - Premyer Liqa















Misli Premyer Liqası