Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Səbail"in üzvləri uşaqlarla rəqs etdi- FOTO, VİDEO
"Səbail” futbol klubu "Ümid Yeri” uşaq sığınacağını ziyarət edib.
Sportfm.az xəbər verir ki, "Səbail” futbol klubu "Ümid Yeri”nə qonaq olub. Baş məşqçi Elman Sultanov, komandanın kapitanı Saşa Yunisoğlu, Orxan Səfiyaroğlu, Ramazan Abbasov, Kənan Manafov, Kazım Birkan, Ruslan Tağızadə, Fərid Səmədzadə və Aslan Hüseynov əvvəlcə uşaqlarla söhbətləşiblər. Futbolçularla görüş, təbii ki, oyunsuz olmayıb. Klubun üzvləri sığınacağın balacaları ilə simvolik futbol yarışı keçirib, eyni zamanda onlara müxtəlif sadə fintlər də nümayiş etdiriblər. Sığınacağın qızları ilə voleybol oynayıblar. Oyunun sonunda futbolçular topların üstünə imzalarını ataraq uşaqlara hədiyyə edib.
Görüş zamanı uşaqların futbolçulara sürprizi də olub. Uşaqlar rəqs nömrələri ilə klubun oyunçularını sözün yaxşı mənasında təəccübləndirib. Onlar futbolçularla birlikdə rəqs edib, mahnı oxuyub, müxtəlif oyunlar oynayıblar.
İki saata yaxın davam edən görüşün sonunda futbolçular balacalara hədiyyələrini təqdim edib və bildiriblər ki, tez-tez bu sığınacağa gələcəklər və müxtəlif görüşlərlə, maraqlı layihələrlə onların qonağı olacaqlar.
Oxşar xəbərlər
“Zirə”nin futbolçuları daun sindromlu uşaqlarla görüşdü
Qəbələdə anlamlı ziyarət - FOTO
“Səbail” FK uşaqlarla yoldaşlıq oyunu keçirdi - FOTO
Futbolçu oyunda topla rəqs etdi - Azərbaycanda - VİDEO
"Səbail" Almaniya klubu ilə heç-heçə etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası