reklam
Ronaldo İtaliyanı tərk edir -
Sportfm.az xəbər saytı

Ronaldo İtaliyanı tərk edir -VİDEO


İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu bütün avtomobillərini Turin şəhərindən çıxarıb.

Sportfm.az xəbər verir ki, daşımanı Lissabon şirkəti həyata keçirib. Şirkət əməkdaşları gecə vaxtı 36 yaşlı hücumçuya məxsus bütün 7 avtomobili aparıblar.

İspaniyanın "Cuatro 14" telekanalı Ronaldunun bu yay "Sportinq"ə transferinin mümkünlüyünü xəbər verib. "Tutto Sport" portalı isə təcrübəli forvardla Fransa PSJ-sinin maraqlandığını yazıb.

Qeyd edək ki, "Yuventus" İtaliya A Seriyasının bitiminə bir tur qalmış 5-ci yerdədir. "Sportinq" isə Portuqaliya çempionu olub. 

Oxşar xəbərlər

Ronaldu "Yuventus"u məhkəməyə verdi
Kriştiano Ronaldo Turin şəhərini tərk edəcək - Dubayı seçdi
Ronaldo "Yuventus"da qalacaqmı?
Kriştianu Ronaldonun adı stadiona veriləcək
Ronaldunun “Yuventus”da debüt edəcəyi tarix açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər