Kriştianu Ronaldonun adı stadiona veriləcək
"Yuventus"un və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldonun adı stadiona veriləcək.
Sportfm.az xəbər verir ki, "Sportinq" (Lissabon) klubu stadionuna keçmiş futbolçusu Ronaldonun adını verməyi planlaşdırır. Klubun prezidenti Federiko Varandas məsələylə bağlı danışaraq, bunları deyib:
"Ronaldonun adını klubumuzla, stadionumuzla əlaqələndirməkdən qürur duyarıq. Aşağı yaş komandalarının yerləşdiyi binanın divarlarında Ronaldoya aid bir çox məlumat, şəkil var. Stadiona da onun adını vermək bizi daha da qürurlandırar. O, bütün dövrlərin ən yaxşı portuqaliyalı futbolçusu və tarixin ən yaxşı idmançılarından biridir".
Portuqaliya təmsilçisinin stadionun adını dəyişmək üçün Ronaldonun karyerasını bitirməsini gözlədiyi bildirilir.
"Sportinq"in yetirməsi olan və peşəkar karyerasına bu klubda başlayan Ronaldo, 2002-2003-cü illərdə bu komandanın şərəfini qoruyub.
Oxşar xəbərlər
Ronaldonun anası bu avtomobildə gəzəcək - FOTO
Ronaldonun övladı dünyasını dəyişdi - FOTO
Ronaldo üçün qərar anı - "Yuventus"dan gedir
"Ronaldonun DÇ-də etdiyi tam qanunsuzdu"
Ronaldonun karyerasını bitirəcəyi klubun adı müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası