Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qəbələ” Türkiyə klubunu darmadağın etdi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası qonşu ölkədə 3-cü yoxlama oyununu keçirib.
Sportfm.az xəbər verir ki, "qırmızı-qaralar”ın təlim-məşq toplanışındakı son rəqibi yerli "Kunduspor” olub.
Komanda matça aşağıdakı "11-lik”lə başlayıb: Elməddin Sultanov, Tural Əjdərli, Faiq Hacıyev, Osman Soltanov, Güləli Mehrəliyev, İlkin Abdullayev, Vüsal Mustafayev, Tunar Mütəllimov, Məhəmməd Abbaslı, Rüstəm Nuruyev, Kamran Quliyev.
Qarşılaşma "Qəbələ”nin aşkar üstünlüyü ilə keçib. U-19 Türkiyə komandasının qapısından 5 cavabsız qol keçirib. Bu qollardan ikisinə Faiq Hacıyev imza atıb. Rüstəm Nuruyev, Kamran Quliyev və Məhəmməd Abbaslı isə hərəyə 1 dəfə fərqləniblər.
Yanvarın 8-dən Antalyada toplanışda olan "Qəbələ” hazırlıqlarını bu oyunla yekunlaşdırıb. Təmsilçimiz bunadək keçirdiyi ilk iki oyunda "Qartalspor”a 3:1 hesabı ilə qalib gəlib və "Antalyaspor”a 1:2 hesabı ilə uduzmuşdu.
Oxşar xəbərlər
"Qəbələ" "Traktorsazi"ni yendi
"Şəmkir" Türkiyə klubunu məğlub etdi
"Qəbələ" ilk qələbəsini qazandı
U-19 Antalyada təlim-məşq toplanışı keçirəcək
"Fənərbaxça"nın futbolçusu Azərbaycan millisində
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası