reklam
Güləşçimizdən bürünc medal -
Sportfm.az xəbər saytı

Güləşçimizdən bürünc medal -Təsnifat turniri


Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində bürünc medal görüşünə çıxıb.

Sportfm.az xəbər verir ki, 86 kq-da mübarizə aparan 22 yaşlı idmançının rəqibi finlandiyalı Tapani Heyno olub.

Rəqibinə 8:3 hesabı ilə qalib gələn Abakarov 3-cü yeri tutub.

Digər sərbəst güləşçimiz Georgi Edişeraşvili (57 kq) isə zədə səbəbindən Taras Markoviçlə (Ukrayna) bürünc medal görüşünə çıxmayıb.

Qeyd edək ki, hər iki güləşçi finala yüksələ bilmədikləri üçün olimpiadaya lisenziya qazanmayıb.

Oxşar xəbərlər

Güləşçimizdən bürünc medal - Dünya çempionatı
Qadın idmançılarımız lisenziya üçün güləşəcək - Təsnifat Turniri
Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır - Təsnifat turniri
Sərbəst güləşçilərimiz lisenziyasız qaldı - Tokio-2020
Sərbəst güləşçilərimiz lisenziya üçün mübarizə aparacaq - Tokio-2020

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər