"Zirə" - "Keşlə" oyununda qalmaqal
Azərbaycan kubokunun yarımfinal mərhələsində hazırda keçirilən "Zirə" - "Keşlə" cavab oyununda insident yaşanıb.
Sportfm.az xəbər verir ki, görüşün 88-ci dəqiqəsində qonaqların futbolçusu Anatole Abanq meydan sahiblərinin cərimə meydançasında yerə yıxılıb.
Matçın baş hakimi Elçin Məsiyev "Zirə"nin futbolçusu Lazar Corceviçin Abanqı yıxmasını əsas gətirərək ona qırmızı vərəqə göstərib. "Zirə"nin qapısına isə 11 metrlik cərimə zərbəsi təyin edilib.
Buna sərt şəkildə etiraz edən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov meydana daxil olub və baş hakimlə mübahisə edib. Nəticədə Rəşad Sadıqov və köməkçisi Eltun Yaqublu da qırmızı vərəqə ilə cəzalandırılıb.
Penaltini Sezar Meza Kolli dəqiq yerinə yetirərərək hesabı 2:1 "Keşlə"nin xeyrinə edib.
Oxşar xəbərlər
“Turan Tovuz” cərimə edildi
İntizam Komitəsi qərarları - AFFA açıqladı
AFFA İntizam Komitəsinin qərarları - Klublar cərmələndi
"Keşlə" finalda - Azərbaycan Kuboku
“Zirə” – “Keşlə” - START HEYƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı















Misli Premyer Liqası