reklam
Emreli tarix yazdı -
Sportfm.az xəbər saytı

Emreli tarix yazdı -3 dəqiqəyə üç qol


"Qarabağ" klubunun futbolçusu Mahir Emreli Azərbaycan çempionatları tarixinə düşüb.

Sportfm.az xəbər verir ki, 24 yaşlı hücumçu ən sürətli het-trik müəllifi olub.

O, Premyer Liqada XXIV turun “Qəbələ” ilə səfər oyununda (5:0) 3 dəqiqəyə üç qol vurub. Mahir 88, 89 və 90-cı dəqiqələrdə fərqlənib.

Emreli bununla da Nadir Nəbiyevin 15 il əvvəl imza atdığı rekordu yeniləyib. O, 2005/2006 mövsümünün 2006-cı il martın 11-də keçirilmiş matçında fərqlənib. Nəbiyev “Neftçi”nin MOİK-lə ev qarşılaşmasında (4:0) 7 dəqiqəyə (13, 17 və 19-cu dəqiqə) het-trik edib.

Qeyd edək ki, 2018/2019 mövsümündə iki het-trikə imza atan Mahir Premyer Liqada 3-cü dəfə belə uğurun müəllifi olub.

Oxşar xəbərlər

Mahir Emreli yoxlama oyununda dubl etdi - 2:0
Mahir Emreli het-trik etdi - "Legiya"dakı ilk oyun
Mahir Emreli “Top-50”də
Mahir Emreli 100-cü dəfə
Mədətov 30-a het-triklə çatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər