reklam
Təşkilatçı şəhərlərin sayı azaldıldı -
Sportfm.az xəbər saytı

Təşkilatçı şəhərlərin sayı azaldıldı -AVRO-2020


UEFA İcraiyyə Komitəsi Avro-2020-nin oyunlarının keçiriləcəyi şəhərlərin yekun siyahısını təsdiqləyib.

Sportfm.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İcraiyyə Komitəsininnin bugünkü iclasında təşkilatçı şəhərlərin sayının 12-dən 11-ə endirilməsi açıqlanıb.

Dublində keçirilməli olan qrup görüşlər Rusiyanın Sankt-Peterbur, 1/8 final mərhələsindəki oyun isə Londona həvalə olunub.
Bilbaoda keçirilməsi nəzərdə tutulan oyunlar Sevilyada olacaq. 
Beləliklə, Avro-2020-nin oyunlarına Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), "Sevilya" (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək.

Xatırladaq ki, 11 iyun – 11 iyul tarixlərində keçiriləcək Avropa çempionatının 3 qrup və 1 1/4 final matçı Bakıda olacaq.

Oxşar xəbərlər

Milli komandaların heyətləri genişləndiriləcək - UEFA açıqladı
Ev sahibliyi Dublindən alındı - AVRO-2020
Avro-2020-nin təqvimi - AFİŞA
UEFA təşkilatçı şəhərləri təsdiqlədi
Bakı Olimpiya Stadionu UEFA-nın sərəncamında olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər