Türkiyə millisinin Bakı planı -AÇ-2020
Türkiyə millisinin AÇ-2020 üçün hazırlıq proqramı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, yığma mayın 17-də Antalyada bir araya gələcək. Komanda ayın 27-də Alaniyadakı "Oba" stadionunda Azərbaycan millisi ilə yoldaşlıq görüşündə qarşılaşacaq. Mayın 31-də isə "ay-ulduzlular" Antalyada Şimali İrlandiya ilə üz-üzə gələcək.
Milli iyunun 2-də Almaniyaya yollanacaq və Harsevinkel şəhərində məskunlaşacaq. Komanda ayın 3-ü Moldova ilə qarşılaşacaq.
İyunun 11-də Avropa çempionatının açılış matçında İtaliya ilə qarşılaşacaq Türkiyə yığması ayın 10-da Romaya yollanacaq.
Türkiyə millisi qrupdakı digər rəqibləri - Uels və İsveçrə ilə oyunlar üçün iyunun 12-də Bakıya gələcək və “Fairmont Baku Flame Towers” otelində məskunlaşacaq.
Avropa çempionatının açılış matçı iyunun 11-i Bakı vaxtı ilə saat 23:00-da Roma Olimpiya Stadionunda baş tutacaq. Ev sahibi İtaliya Türkiyə ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
Azərbaycan millisinin hazırlıq proqramı müəyyənləşdi - Yoldaşlıq oyunu
Bakıdakı yığmaların proqramı bilindi - AVRO-2020
Uels azarkeşləri Bakıya gələcək - AVRO-2020
Yığmanın hazırlıq proqramı açıqlandı - AVRO-2020
Ərdoğan Türkiyə millisinin Bakıda oynayacağına əvvəlcədən proqnoz verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası