"Separatçılığı şiddətlə qınayırıq" -AFFA bəyanat yaydı
"AFFA, Peşəkar Futbol Liqası və Azərbaycan Premyer Liqasında iştirak edən klublar FIFA və UEFA-nın tənzimlədiyi bütün mövcud Nizamnamə və Əsasnamələrə sadiq olduğunu, bütün futbol yarışlarının beynəlxalq səviyyədə tanınan qanunlar çərçivəsində keçirilməsini, futbolda idman prinsiplərinin rəhbər tutulmasını, mövcud vəziyyətdə UEFA ilə həmrəy olduğunu və və UEFA-nı birmənalı şəkildə dəstəklədiyini bildirir".
Sportfm.az xəbər verir ki, bu fikirlər Avropa Super Liqasının yaradılması ilə əlaqədar AFFA-nın yaydığı bəyanatda bildirilir.
"Avropa futbolunun əsas dəyərləri həmrəylik, ədalətli oyun və sosial məsuliyyətdir və bu proses uzun illərdir uğurla davam edir. Bir daha bəyan edirik ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası olaraq özündə separatçılığı ehtiva edən istənilən fəaliyyəti şiddətlə qınayırıq" deyə rəsmi açıqlamada vurğulanır.
Qeyd edək ki, UEFA İngiltərə Futbol Assosiasiyası və Premyer Liqa, İspaniya Futbol Federasiyası və La Liqa, İtaliya Futbol Federasiyası və A Seriyasından aldığı məlumat əsasında qeyd olunan çempionatlarda çıxış edən bəzi klubların yeni Superliqa yaratdıqları barədə açıqlama verəcəklərini bəyan edib.
Oxşar xəbərlər
AFFA bəyanat yaydı
AFFA Divizion klublarına top payladı
UEFA boykota qoşuldu
Premyer Liqanın bərpa vaxtı açıqlandı
UEFA prezidenti: Çox varlı klublar ən yaxşı oyunçuları alır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino














Misli Premyer Liqası