Cüdo millimizin heyəti açıqlandı -Avropa çempionatı
Cüdo üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımızın heyəti tam bilinib.
Sportfm.az xəbər verir ki, sabah Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatına start veriləcək.
Turnirdə doqquz idmançımız – Kəramət Hüseynov (-60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi -66 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi -81 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq), Uşangi Kokauri (+100 kq) və İrina Kindzerskaya (+78 kq) mübarizə aparacaq.
Qeyd edək ki, Davud Məmmədsoy (-60 kq) və 2016-cı ilin Avropa çempionu Rüstəm Orucov (-73 kq) bu yarışda koronavirusa yoluxma səbəbindən iştirak edə bilməyəcək. Həmçinin 90 kq-da Olimpiadaya lisenziya qazanmış Məmmədəli Mehdiyev də iştirak etməyəcək.
Oxşar xəbərlər
Koronavirus Rüstəm Orucova mane oldu - Lissabona getməyəcək
Portuqaliyaya 13 cüdoçumuz gedəcək - Avropa çempionatı
Cüdoçularımızın ilk rəqibləri bilindi - Böyük Dəbilqə
Cüdo yığmamızın heyəti açıqlandı - Avropa çempionatı
Azərbaycan Böyük Dəbilqədə 17 cüdoçu ilə təmsil olunacaq - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı















Misli Premyer Liqası