reklam
Rafael Ağayev ulduz idmançıların siyahısında -
Sportfm.az xəbər saytı

Rafael Ağayev ulduz idmançıların siyahısında -100 ən yaxşı


Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında iştirak edəcək ulduz idmançıların adları açıqlanıb.

Sportfm.az xəbər verir ki, Braziliyanın “Globoesporte” nəşri olimpiadanın başlamasına 100 gün qalmış müxtəlif idman növləri üzrə 100 ən yaxşı idmançının siyahısını hazırlayıb.

Siyahıda Azərbaycan karateçisi Rafael Ağayev də yer alıb. 5 qat dünya və 11 qat Avropa çempionu olan Ağayev, karate idman növü üzrə siyahıda yer alan tək idmançı olub.

100 nəfərlik siyahıda futbol üzrə Braziliya yığmasının hücumçusu Neymar, tennisçi Rocer Federer, Novak Cokoviç, basketbolçu Stefen Karri, Lebron Ceyms kimi ulduzlar da yer alıb.

Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul-9 avqustdan bu il 23 iyul-8 avqusta təxirə salınıb.

Oxşar xəbərlər

Rafael Ağayev mükafatlandırıldı - Tokio-2020
Rafael Ağayev Lebronla eyni siyahıda
İdmançılar 4 gündən bir testindən keçəcək - Tokio-2020
Azarkeşlərə mahnı oxumağa icazə verilmir - Tokio-2020-də
Dünyanın ən çox qazanan idmançıları - “Forbes” açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər