Azarkeşlərə mahnı oxumağa icazə verilmir -Tokio-2020-də
Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında azarkeşlər idmançılara qışqırmadan və mahnı oxumadan dəstək olmalıdır.
Sportfm.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) təqdim etdiyi "Tokio-2020"nin qaydalarının birinci versiyasında bildirilib.
Qərar koronavirus pandemiyası səbəbindən qəbul edilib. İnfeksiya öskürək, danışmaq, qışqırmaq və ya mahnı oxumaq yolu ilə havadakı damcılar vasitəsilə yayılır. Bu səbəbdən fanatlar tribunalarda yalnız alqışlardan istifadə etməyə çalışmalıdırlar.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb.
Oxşar xəbərlər
Dünya Kuboku ləğv edildi - Gimnastika üzrə
Tokio olimpiadası təxirə salınmayacaq - Təşkilat Komitəsi
İdmançılar 4 gündən bir testindən keçəcək - Tokio-2020
"Olimpiadanın keçiriləcəyinə 100 faiz əminəm" - Vitse-prezident açıqladı
Olimpiadada futbol yarışlarının vaxtı məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası