reklam
Dünyanın ən çox qazanan idmançıları -
Sportfm.az xəbər saytı

Dünyanın ən çox qazanan idmançıları -“Forbes” açıqladı


“Forbes” nəşri son bir ildə mükafat, əməkhaqqı, sponsorluq gəlirləri və bonuslar əsasında ən çox qazanan idmançıların siyahısını açıqlayıb.

Sportfm.az nəşrin saytına istinadla xəbər verir ki, siyahıda ilk yeri isveçrəli tennisçi Rocer Federer tutub. O il ərzində 106,3 milyon ABŞ dolları qazanıb. 

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo dünyanın ən çox qazanan ikinci idmançısıdır. Portuqaliyalı hücumçu son bir ildə 105 milyon ABŞ dolları qazanıb.

Ən çox qazanan idmançıların siyahısında Lionel Messi ( “Barselona”, 104 milyon ABŞ dolları) və Neymar (PSJ, 95,5 milyon ABŞ dolları) da var.

İlk onluqda həmçinin, basketbolçular Lebron Ceyms (88,2 milyon ABŞ dolları), Stefan Karri ( 74,4 milyon ABŞ dolları) və Kevin Dyurant ( 63,9 milyon ABŞ dolları), qolfçu Tayqer Vuds (62,3 milyon ABŞ dolları) və Amerika futbolunun iki nümayəndəsi Kirk Kazins (60,5 milyon ABŞ dolları) və Karson Vençin (59,1 milyon ABŞ dolları) adları yer alıb. 

Oxşar xəbərlər

Dünyanın ən çox qazanan idmançıları - Reytinq
Klublar agentlərə 496 milyon ödədi - Bu il
Agentlərə nə qədər pul ödənilir? - FIFA açıqladı
Dünyanın ən çox qazanan futbolçuları - SİYAHI
AFFA 1.5 milyon dollar əldə edəcək - FİFA-dan yardım

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər