Ən zəngin futbol klubu sahibləri -SİYAHI
“Forbes” hər il olduğu kimi, yenə dünyanın ən zəngin insanlarının adlarını açıqlayıb.
Sportfm.az xəbər verir ki, son illər futbola yatırım qoyan iş adamlarının sayının artması cədvəldə də özünü əks etdirib.
“Forbes”in araşdırmasına əsasən, dünyanın ən zəngin 10 futbol klubu sahibi bunlardır:
1. Karlos Slim (“Ovyedo”) – 62,8 milyard dollar
Meksikalı iş adamı illərdir ölkəsindəki neft və tütün bazarının inhisarını əlində saxlayır. Rabitə sənayesinə də sərmayə yatıran Slim 2014-cü ildən “New York Times Company”nin əsas sahibi hesab edilir.
2. Frankois Pino (“Renn”) – 42,3 milyard
Fransız təşəbbüskar “Gucci”, “Yves Saint Laurent” və “Balenciaga” kimi önəmli markaları idarə edən PPR Holdinqin qurucusudur.
3. Dietrix Mateşits (“Leypsiq” / “Zalsburq”) – 26,9 milyard
Mateşits səhmlərinin 49 faizinə sahib olduğu “Red Bull”un qurucularındandır.
4. Roman Abramoviç (“Çelsi”) – 14,5 milyard
Abramoviç sahibkarlıq fəaliyyətinə ötən əsrin 80-ci illərinin sonlarında başlayıb.
5. Rikardo Salinas Plieqo (“Mazatlan”) – 12,9 milyard
“Grupo Salinas”ın sahibi Meksikanın üçüncü zəngin iş adamıdır.
6. Filip Anşuts (“Los Anceles Qalaksi”) – 10,1 milyard
Müxtəlif sektorlarla maraqlanan amerikalı biznesmen enerji, nəqliyyat, daşınmaz əmlak, qəzet, film, musiqi və idman sahələrinə sərmayə qoyub.
7. Stenli Kroenke (“Arsenal”) – 8,2 milyard
Amerikalı milyarder “Kroenke Sports & Entertainment” şirkəti vasitəsilə “Arsenal”, “Denver” (MBA), “Kolorado Rapids” (MLS), “Los Anceles Rems” (NFL) və “Kolorado Avalanç” (NXL) klublarını idarə edir.
8. Şahid Xan (“Fulhem”) - 8 milyard
İş həyatına qabyuyan maşın istehsalı ilə başlayan Xan avtomobil bamperlərində ixtisaslaşmış şirkəti sayəsində milyardlarla dollar qazanmağı bacarıb.
9. Silvio Berluskoni (“Montsa”) – 7,6 milyard
“Milan”ı təxminən 30 il idarə etdikdən sonra “rossonyerlər”i çinli investorlara satan Berluskoni İtaliyanın C seriyasında çıxış edərkən “Montsa”nı alıb.
10. Zanq Jindon (“İnter”) – 7,4 milyard
Jindon əmlak, pərakəndə satış, idman və maliyyə xidmətləri sahələrində fəaliyyət göstərən “Suning Holdings Group” şirkətinin ən böyük səhmdarıdır.
Oxşar xəbərlər
İlk turun təqvimi dəqiqləşdi - A Seriyası
Ən zəngin klub sahibləri - TOP-10
Ən çılğın azarkeşlərə sahib olan stadionlar - SİYAHI
Dünyanın ən varlı adamlarından biri futbola "girişir" - "Milan"ı alır
Çempionlar Liqasında gecənin nəticələri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası