Dünyanın ən varlı adamlarından biri futbola "girişir" -"Milan"ı alır
İtaliyanın “Milan” klubunun yeni sahibi olacaq. Klubun satışı ilə dünyanın üç ən varlı şəxsindən biri – Bernar Arno maraqlanır.
Sportfm.az xəbər verir ki, 2017-ci ilin yazında Silvio Berluskoni klubu Çin şirkətinə satmışdı. Lakin az sonra klub ABŞ-ın investisiya fondu olan “Elliot”a keçdi. İndi isə klub LVMH-nin rəhbəri Bernar Arnonun şəxsi mülkiyyəti olacaq. Biznesmen “Louis Vuitton”, “Moet & Chandon”, “Dom Perignon”, “Hennessy” və “Dior” şirkətlərinin sahibidir. Onun varidatı 85 milyard dollar qiymətləndirilir. O, dünyanın üçüncü varlı şəxsidir.
Bu barədə jurnalist Luka Sarafini öz tvitində qeyd edib. O, “Milan”ın əvvəlki rəhbərləri haqqında da ilk yazan şəxs olub.
Mənbə məbləği açıqlamasa da, deyilənə görə, Bernar kluba təxminən bir milyard avro yatırım edəcək.
Oxşar xəbərlər
Dünyanın ən varlı klubları - ilk üçlükdə 3 ingilis
Ən zəngin futbol klubu sahibləri - SİYAHI
Ən zəngin klub sahibləri - TOP-10
Berluskoni xəstəxanaya düşdü - Ürəyində problem var
Silvio Berluskoni koronavirusa yoluxdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası