reklam
Sportfm.az xəbər saytı

"Milliyə dəvət alsam, ən yaxşısını etməyə çalışacağam" -Rəhman Hacıyev


"Keşlə"nin yarımmüdafiəçisi Rəhman Hacıyev "Zirə" ilə oyun öncəsi müsahibə verib.

Sportfm.az həmin müsahibəni təqdim edir:

- Ötən tur "Qarabağ"a qol vurdunuz. Bu qol özünəinamı artırıb?

- Mənim özümə hər zaman güvənim olub. Sonuncu oyun qol vurdum. Bu qol məni daha da ruhlandırır. Bundan başqa komandanın yaxşı oyun nümayiş etdirməsi özü də müsbət haldır. "Zirə" ilə matça gəldikdə hər şey qaydasındadır. Oyuna 3 xal üçün çıxacağıq. İnanıram ki, qələbə qazana biləcəyik.

- Qələbə qazana bilmirsiniz. Buna maaşların gecikməsi təsir edə bilərmi?

- Düzdür, maaşlar gecikir. Amma onun bu məsələyə heç bir aidiyyatı yoxdur. Təbii ki, maaşlar verilməlidir. Lakin hər bir peşəkar futbolçu oyunda və məşqdə əlindən gələni etməlidir. Hamı dərk edir ki, maaş əvvəl-axır veriləcək. Ona görə də başqa bəhanələrə ehtiyac yoxdur. Bizim komanda ancaq oyunları düşünür ki, çıxıb qələbə qazansın və yuxarı pillələrə qalxsın.

-  Maraqlıdır ki, ən yaxşı formada olduğunuz zamanda belə, milliyə mütamadi dəvət ala bilmirdiniz...

- Yenə dəvət alaram. Zədələnmişdim. Bu səbəbdən bir neçə oyunu buraxmalı oldum. Artıq meydana qayıtdım, ilk matçımda qol vurdum. Şansımı gözləyirəm. Milliyə dəvət alsam, ən yaxşısını etməyə çalışacağam. Özümə güvənirəm.

- Sənan Qurbanovun oyun üslununu mənimsəyə bilmisiniz?

- Sənan Qurbanovun gəlişi komandada çox şeyi dəyişib. İstər oyun, istərsə də intizam baxımdam hər şey dəyişib. Hər bir məşqçinin öz oyun taktikası var. Bunu isə tez bir zamanda həyata keçirmək qeyri-mümkündür. Sənan Qurbanov hələ yenidir, ona da, bizə də vaxt lazımdır. Düzdür, belə baxanda zamanımız yoxdur. Amma növbəti oyunlarda qələbə qazanıb, qarşıdakı illərə baxmalıyıq. Sənan müəllimə güvənirik. (Qol.az)

Oxşar xəbərlər

"Biz qələbəyə layiq futbol oynayırıq" - Millinin üzvləri
“Sonadək vuruşub qalıb olmalısan” - Tərlan Quliyev
"Qəbələ"nin problemi psixoloji durumla bağlıdır" - Cavid Hüseynov
"Milli komanda üçün əlimdən gələni etməyə hazıram" - Təmkin Xəlilzadə
İlqar Qurbanov: "Millidə mənim kimi futbolçuya ehtiyac var"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər