• 11:36 Çərşənbə axşamı
    13 Aprel 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"Yığmanın o qədər də çox futbolçu seçimi yoxdur" - Cahangir Həsənzadə

"Milli komandaya cəlb olunması üçün çox futbolçu seçimimiz və geniş heyətimiz yoxdur. Bu, açıq-aşkar görünür. Ola bilsin, hansısa mövqedə baş məşqçi Canni De Byazi öz futbol fəlsəfəsinə görə seçim edib. Bu da normaldır".

Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında AFFA-nın texniki direktoru Cahangir Həsənzadə Azərbaycan millisinin qarşıdakı oyunlar üçün açıqlanan heyəti barədə danışarkən deyib.

Assosiasiya rəsmisinin sözlərinə görə, istənilən baş məşqçi özünə uyğun oyun üslubu seçir və buna əsasən, oynadacağı futbolçuları müəyyənləşdirir: "Bizdə, çox güman ki, futbolçulara uyğun oyun seçiləcək. Çünki o qədər də çox futbolçu seçimimiz yoxdur. Bu dəfə dəvət etdiyi oyunçulardan kimlərsə ilk dəfə çağırılıb. Ötən dəfə cəlb olunanları bu dəfə siyahıda görməyə bilərik. Bu, baş məşqçinin səlahiyyətlərinə aid olan məsələdir və biz də hörmətlə yanaşmalıyıq".

Azərbaycan yığmasının sabiq qapıçısı Ukrayna "Minay"ında çıxış edən Rüstəm Əhmədzadənin komandaya dəvət olunmaması ilə bağlı suala belə cavab verib: "Hazırda bununla bağlı danışa bilmərəm. Sənəd məsələləri ilə bilavasitə milli komandalar şöbəsi məşğuldur. Ola bilsin ki, sənədində hansısa sıxıntı var, ya da baş məşqçi hələlik onu əsas millidə görmür. Növbəti görüşlərdə cəlb edilməsi mümkündür. Bu, baş məşqçinin səlahiyyətlərinə aid olan məsələdir".

Həsənzadə yığmaya cəmi bir legionerin çağırılmasına da toxunub. O, ölkə xaricində çıxış edən Eddi İsrafilov, Dmitri Nazarov və Rüfət Dadaşovun diqqətdən kənarda qalmasına da münasibət bildirib: "Düşünürəm ki, De Byazi özünü tam oyuna verə biləcək futbolçuları dəvət edib. Bu, o demək deyil ki, indiyədək ölkə xaricindən cəlb edilən oyunçular özlərini tam meydanda qoymayıblar. Belə demək istəmirəm. Yəqin ki, baş məşqçi futbolçuların hamısının oyunlarını izləyib. Keyfiyyətlərinə görə isə hələlik bunları çağırıb. Amma düşünmürəm ki, növbəti görüşlərdə o birilərini çağırmayacaq. Çox güman ki, o biri matçlara digərləri çağırılacaq. Digər legionerlərin üzərindən tamamilə xətt çəkildiyini düşünmürəm. Sadəcə baş məşqçinin öz düşüncələri var. Onun digər futbolçularla da komunikasiyası var və çox güman ki, münasibət qurulub. Yaxın gələcəkdə onlar da milliyə dəvət olunacaq".

Texniki direktor millinin qarşıdakı oyunları ilə bağlı bunları söyləyib: "Portuqaliya və Serbiya ilə matça hesab deməyim düzgün olmaz. Amma istənilən halda sabiq futbolçu kimi demək istəyirəm ki, Portuqaliya ilə görüş həddindən artıq çətin keçəcək. Onların ulduzlarla zəngin heyətlərinə və oyunçuların çıxış etdikləri klublara nəzər salaq. Amma bu o demək deyil ki, yığma həmin qarşılaşmada əlacsız görsənəcək. Mübarizə sarıdan sıxıntımız olmayacaq. Ümid edirik ki, müsbət nəticə olar. Amma reallıq da var ki, onu oyunda görəcəyik. Qətərlə matç sırf yoldaşlıq xarakteri daşıyacaq. Bu isə oynamayan futbolçuların meydana çıxması və onlara qiymət verilməsi ilə nəticələnəcək. De Byazi növbəti oyunlar üçün bu qarşılaşmada seçim edə bilər. Serbiya ilə Bakıda üz-üzə gələcəyik. Portuqaliya ilə müqayisədə çətin olmayacaq. Yığma komanda evdəki ilk oyununda müsbət nəticə qazanmağa çalışacaq".

Həsənzadə yığmaya gənc oyunçuların cəlb edilməsinin müsbət hal olduğunu vurğulayıb: "Mən istənilən futbolçunun yaşından asılı olmayaraq təcrübə qazanmasına müsbət baxıram. O cümlədən, gənc futbolçular nə vaxtsa, yığmaya cəlb ediləcəklər. Onlar bizim millinin gələcəyidirlər. Portuqaliya ilə heyətdə yer ala bilməsələr də, Qətərlə matçda öz səviyyələrini ortaya qoymağa çalışacaqlar. Rəqabətli oyunlarda keyfiyyət üzə çıxır. Təəssüf ki, bizim çempionat oyunlarında o qədər də yüksək rəqabət yoxdur. Qətərin də zəif komanda olmadığını bilirik. Həmin görüşdə bizim cavan futbolçularımızın nəyə qadir olduğunu görəcəyik. Onlar çox yaxşı bilirlər ki, artıq növbəti Serbiya ilə matçda kiməsə,etibar edilib əsas heyətə buraxıla bilər".

Direktor son olaraq yığmaya futbolçu axtarışlarının davam etdiyini deyib: "Bu məsələ daim araşdırılır. Millinin skautu İlqar Qurbanovla müzakirələr gedir. Siyahıda çox futbolçu var. Amma konkret olaraq adları çəkə bilmərik. Çünki hələlik bütün məsələlər şifahi danışıq mərhələsindədir. Nə vaxt rəsmiləşməyə yaxın olsa, məlumat veriləcək".

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək. (Report)

скачать dle 10.4 UTF-8Forex для начинающих

15-03-2021
59
REKLAM
Etketlər
#futbolu, #Portuqaliya, #məşqi, #dəvət, #yığmaya, #msbət, #demək, #Serbiya, #məşqinin, #martın, #istənilən, #nvbəti, #Byazi, #bağlı, #Həsənzadə, #Qətərlə, #hələlik, #yoxdur, #bizim, #Azərbaycan
DİGƏR XƏBƏRLƏR
14-03-2021
"Qarabağ"ın 10 futbolçusu milliyə dəvət aldı - Qarşıdakı oyunlar üçün
8-02-2021
"Ukraynada oynayan futbolçuları bəyəndim" - Canni De Byazi
30-01-2021
"Kamran millidə oynamağa ikiəlli razıdır" - Cahangir Həsənzadə
23-12-2020
"Xəyalımızı gerçəkləşdirmək bizim üçün çox çətin olacaq" - Canni De Byazi
21-12-2020
"Baş məşqçinin xoşuna gəlmirəmsə, nə edə bilərəm?" - Emin Mahmudov
10-12-2020
"Ronaldoya qarşı oynayırsınızsa, əlavə motivasiya lazım deyil" - Canni De Byazi
11-11-2020
"Bunlar, bizim üçün sadəcə, yoldaşlıq oyunları idi" - Aslan Kərimov
7-09-2020
"Futbolçu fikirləşməlidir ki, yığmaya hazırammı?" - Ağasəlim Mircavadov
4-09-2020
"Sabahkı oyunda favorit Azərbaycan millisidir" - Lük Holts
30-08-2020
"Onu yığmaya çağıran insanlar cavab versin" - Veteran futbolçu
27-08-2019
"Vurduğum qol Yurçeviçin mənə qarşı istəyini artırıb" - Cavid Hüseynov
30-03-2019
"“Qəbələ”nin bütün oyunlarını izləyirəm, futbolçuları da tanıyıram" - Nikola Yurçeviç
27-12-2018
"Heyətimizə əcnəbi qapıçı cəlb edə bilərik" - Sənan Qurbanov
3-08-2018
“Süni meydançaya görə Azərbaycana gəlmədilər” -
“Süni meydançaya görə Azərbaycana gəlmədilər” - Aftandil Hacıyev
21-02-2018
"Neftçi"nin idman direktoru: "Heç bir insan bura hansısa futbolçunu ata bilməz"
  Xəbər Lenti
"Böyük səhvə yol vermişəm" - Tovuzlu futbolçu 13.04.2021, 09:56
PSJ yarımfinala adlayacaqmı? - Çempionlar Liqası 13.04.2021, 09:06
Dibalanın sevgilisi izləyiciləri üçün rəqs etdi - VİDEO VİDEO 12.04.2021, 21:08
"Turan Tovuz" 3-0 "Sumqayıt" - VİDEO 12.04.2021, 20:55
FIDE Şəhriyar Məmmədyarovu təbrik etdi 12.04.2021, 20:38
"Səhv etmək olmaz" - "Qarabağ"ın oyunçusu 12.04.2021, 19:00
"Neftçi" və "Turan Tovuz"dan qələbə - I Divizion 12.04.2021, 18:55
AFFA TFF ilə VAR sistemini müzakirə etdi 12.04.2021, 17:30
Fərid 55 dəqiqə oynadı - Çexiya çempionatı 12.04.2021, 16:16
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 20 42
2 Qarabağ 20 42
3 Zirə  20 30
4 Sumqayıt   20 26
5 Qəbələ 20 23
6 Səbail 20 18
7 Keşlə 20 17
8 Sabah 20 16
Ətraflı
20-03-2021
Honda
Honda "Neftçi" ilə birgə məşqə başladı - FOTO
26-03-2021
"Bizim üçün vacib test olacaq" - De Byazi
3-04-2021
"Bəzi voleybolçularımız hobbilərini biznesə çeviriblər" - "Azərreyl"in prezidenti
6-04-2021
"De Byazili Azərbaycan yığması meydana qalib gəlmək üçün çıxmır" - VİDEO
18-03-2021
Futbol Akademiyasına avtomobillər alındı
Futbol Akademiyasına avtomobillər alındı 2 ədəd
18-03-2021
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
26-03-2021
"Ana-bacı qatilinin mənə qardaş deməsini qəbul edə bilmərəm" - Şahin Diniyev
22-03-2021
Təxirə salınmış oyunlara hakim təyinatları -
Təxirə salınmış oyunlara hakim təyinatları - I Divizion
22-03-2021
Kramarenkonun taleyinə aydınlıq gəldi -
Kramarenkonun taleyinə aydınlıq gəldi - Klubunda qalacaq
26-03-2021
Məşqçi kursları başa çatdı -
Məşqçi kursları başa çatdı - Tovuzda
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 16 36
2 Zaqatala 17 34
3 Neftçi-2 16 34
4 Sabah-2 16 29
5 Qarabağ-2 17 26
6 Kəpəz 15 17
7 Qaradağ Lökbatan 16 16
8 Keşlə-2  16 12
9 MOİK 16 10
10 Sumqayıt-2  15 9
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb