reklam
Sportfm.az xəbər saytı

"Qalatasaray"dan böyük hesablı qələbə -Super Liqa


Türkiyə Superliqasında 23-cü tura start verilib.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib. Lider “Fənərbaxça” “Hatayspor”un qonağı olub. Yeni transferi Məsut Özilin son 15 dəqiqədə debüt etdiyi matçda “sarı-lacivərdlilər” 2:1 hesabı ilə qalib gəlib.

"Başakşəhər” isə Aykut Kocamanın rəhbərliyi altında ilk görüşündə səfərdə “Qalatasaray”a böyük hesabla məğlub olub - 0:3. 

“Rizəspor”l - “Kasımpaşa” matçı isə bərabərliklə başa çatıb - 1:1.

Qeyd edək ki, turun digər oyunları 3-4 fevralda keçiriləcək.

2 fevral

Türkiyə Superliqası, 23-cü tur

“Hatayspor” – “Fənərbaxça” – 1:2
Qollar
:Bupendza, 90 – Tiam, 26, Billonq, 88

“Qalatasaray” – “Başakşəhər” – 3:0
Qollar
:Onyekuru, 45, Donk, 64, Məhəmməd, 90 (pen.)

“Rizəspor” – “Kasımpaşa” – 1:1
Qollar
:Doğan Ərdoğan, 85 – Telin, 90+1

Qeyd edək ki, bu nəticələrdən sonra xallarını 48-ə çatdıran "Fənərbaxça" liderliyini möhkəmləndirib. "Qalatasaray" 45 xalla 2-ci, "Beşiktaş" 44 xalla 3-cüdür.

Oxşar xəbərlər

"Fənər"dən səfərdə 6 qol - Super Liqa
“Rizəspor” “Fənərbaxça”ya qarşı - Türkiyə Super liqası
"Qalatasaray" yenə xal itirəcəkmi? - Superliqa
"Trabzonspor"u durduran tapılmır - Super Liqa
“Başakşəhər” 5 turdan sonra xal itirdi - Super Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər