• 05:06 Bazar
    28 Fevral 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
Yunan-Roma güləşçilərimiz

Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı - 1 qızıl, 4 gümüş və 3 bürünc

Bu gün Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan "Qran-pri"sinə yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutur.
60 kq-da A qrupunda yer alan Murad Məmmədov ilk görüşdə ispaniyalı idmançını elə ilk hissədə tam üstünlüklə məyus edib. Portuqaliyalı rəqibini də cəmi 2 dəqiqəyə üstələyən Məmmədov qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. B qrupundakı təmsilçimiz Murad Bazarov isə debütdə İspaniyanın bayrağı altında çıxış edən erməni güləşçiyə gücünü göstərib. Növbəti görüşdə türkiyəli güləşçiyə məğlub olaraq qrup ikincisi kimi yarımfinala adlayıb. Finalın bir addımlığında yığma üzvləri üz-üzə gəlib və Məmmədov sevinən tərəf olub. Bazarov ispan güləşçini devirərək bürünc medala sahib olubsa, türk həmkarına uduzan Məmmədov gümüş medalla kifayətlənib.
Mübarizəyə 1/4 finaldan qoşulan Namaz Rüstəmov yerli güləşçiyə minimal fərqlə uduzub. 67 kq-dakı digər təmsilçimiz İslambek Dadov Fransanı təmsil edən türk güləşçini vaxtından əvvəl məğlub edərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında Fransa güləşçisinə minimal fərqlə uduzub. Rüstəmov ilk təsəlliverici görüşdə Avstriya təmsilçisini xalçaya çıxmağa peşman edib. Növbəti qarşılaşmada isə ispan həmkarına heç bir şans tanımayıb. Bürünc medal uğrunda qarşılaşan milli üzvlərinin duelindən isə Dadov qalib ayrılıb.
Sənan Süleymanov ilk mərhələdə gürcü rəqibi üzərində inamlı qələbə qazanıb. Fransanı təmsil edən erməni güləşçiyə də gücünü göstərən pəhləvanımız yarımfinala yüksəlib. Türkiyə güləşçisiylə görüşdə xalların keyfiyyətinə görə qarşı tərəf qalib elan olunub. Sənan gürcü rəqibinə növbəti dəfə qalib gələrək bürünc medalla təsəlli tapıb.
Rafiq Hüseynov qrupdakı ilk qarşılaşmasında avstriyalı güləşçini çətinlik çəkmədən məğlub edib. Türkiyəli pəhləvandan da güclü olan təcrübəli idmançımız B qrupunun qalibi kimi yarımfinala vəsiqə qazanıb. Türkiyənin daha bir təmsilçisini sıradan çıxaran 2 qat Avropa çempionumuz adını finala yazdırıb. Son qarşılaşmada Türkiyənin daha bir nümayəndəsi ilə qarşılaşan Rafiq sonuncu xal prinsipinə əsasən gümüş medalçı olub.
İslam Abbasov ilk görüşdə gürcü həmkarına qalib gəlib. Hollandiya güləşçisi də həmyerlimizin qarşısında duruş gətirə bilməyib. Yarımfinalda ABŞ güləşçisini məyus edən Abbasov finala yüksəlib. Türkiyə güləşçisiylə baş tutan son qarşılaşmadan da üzüağ çıxan İslam fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 
Murad Lokyayev A qrupunda keçirdiyi ilk görüşdə Fransa idmançısına vaxtından əvvəl qalib gəlib. Lokyayev Polşa güləşçisinə də eyni aqibəti yaşadıb. Avstriya idmançısının da öhdəsindən gələn Murad yarımfinala qrup lideri kimi yüksəlib. Yığma üzvü Avstriya güləşçisini də məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə gürcü rəqibiylə bacarmayan millimizin üzvü gümüş medalı boynundan asıb.
Sabah Şəriəti ilk görüşdə çilili güləşçiyə məğlub olub. Rio Olimpiadasının bürünc medalçısı gürcü rəqibini minimal fərqlə üstələyərək gümüş medala sahib çıxıb.
Beləliklə, yarışda iştirak edən 9 yunan-Roma güləşçimizdən 8-i fəxri kürsüyə qalxıb. Millimiz "Qran-pri"də 1 qızıl, 4 gümüş və 3 bürünc medal əldə edib. Komandamız bu nəticəylə 160 xalla ikinci yeri tutub. 
60 kq
A qrupu
1-ci görüş: Murad Məmmədov - Endi Xuan (İspaniya) 9:0
2-ci görüş: Murad Məmmədov - Antonio Kabral (Portuqaliya) 9:0
B qrupu
1-ci görüş: Murad Bazarov - Albert Baqumyan (İspaniya) 3:1
2-ci görüş: Murad Bazarov - Kərəm Kamal (Türkiyə) 0:8
1/2 final: Murad Məmmədov - Murad Bazarov 3:1
Bürünc medal görüşü: Murad Bazarov - Endi Xuan (İspaniya) 9:0
Final: Murad Məmmədov - Kərəm Kamal (Türkiyə) 0:4
67 kq
1/4 final: Rüstəm Namazov - Stefan Klement (Fransa) 6:7
1/4 final: İslambek Dadov - Yasin Özay (Fransa) 8:0
1/2 final: İslambek Dadov - Mamadassa Silla (Fransa) 2:3
Təsəlliverici görüş: Rüstəm Namazov - Aker Əl-Obaidi (Avstriya) 10:0
Təsəlliverici görüş: Rüstəm Namazov - Markus Sançes (İspaniya) 9:0
Bürünc medal görüşü: İslambek Dadov - Rüstəm Namazov 4:3
77 kq
1/8 final: Sənan Süleymanov - Beka Mamukaşvili (Gürcüstan) 9:2
1/4 final: Sənan Süleymanov - Evrik Nikoqosyan (Fransa) 5:0
1/2 final: Sənan Süleymanov - Fatih Cengiz (Türkiyə) 3:3*
Bürünc medal görüşü: Sənan Süleymanov - Beka Mamukaşvili (Gürcüstan) 6:0
82 kq
1-ci görüş: Rafiq Hüseynov - Mixael Vaqner (Avstriya) 7:0
2-ci görüş: Rafiq Hüseynov - Salih Aydın (Türkiyə) 3:1
1/2 final: Rafiq Hüseynov - Burhan Akbudak (Türkiyə) 7:2
Final: Rafiq Hüseynov - Əmrah Kuş (Türkiyə) 1:1*
87 kq
1/8 final: İslam Abbasov - Qurami Xetsuriani (Gürcüstan) 3:1
1/4 final: İslam Abbasov - Tirone Sterkenburq (Hollandiya) 5:0
1/2 final: İslam Abbasov - Con Stefanoviç (ABŞ) 6:0
Final: İslam Abbasov - Metehan Başar (Türkiyə) 8:4
97 kq
1-ci görüş: Murad Lokyayev - Loik Samen (Fransa) 9:1
2-ci görüş: Murad Lokyayev - Pyotr Xudçik (Polşa) 8:0
3-cü görüş: Murad Lokyayev - Markus Raqqiner (Avstriya) 4:2
1/2 final: Murad Lokyayev - Daniel Qastl (Avstriya) 5:0
Final: Murad Lokyayev - Giorgi Melia (Gürcüstan) 0:5
130 kq
1-ci görüş: Sabah Şəriəti - Yasmani Akosta (Çili) 1:2
2-ci görüş: Sabah Şəriəti - Sulxani Buidze (Gürcüstan) 3:2



скачать dle 10.4 UTF-8Forex для начинающих

17-01-2021
99
REKLAM
Etketlər
#Murad, #final, #Trkiyə, #Məmmədov, #grşdə, #Lokyayev, #Avstriya, #Fransa, #Abbasov, #İslam, #Rafiq, #Sənan, #yarımfinala, #Bazarov, #gləşiyə, #Hseynov, #məğlub, #Grcstan, #qalib, #Sleymanov
DİGƏR XƏBƏRLƏR
16-01-2021
Yunan-Roma güləşçilərimizin
Yunan-Roma güləşçilərimizin "Qran-pri" üçün heyəti - SİYAHI
13-12-2020
Ermənini üstələyən güləşçimiz finalda -
Ermənini üstələyən güləşçimiz finalda - Fərdi Dünya Kuboku
12-02-2020
Azərbaycanlı güləşçi 9 ildən sonra Avropa Çempionatının finalına çıxdı
Azərbaycanlı güləşçi 9 ildən sonra Avropa Çempionatının finalına çıxdı
11-02-2020
Güləşçimiz Avropa çempionatının finalında
Güləşçimiz Avropa çempionatının finalında
10-02-2020
Güləşçimiz Avropa Çempionatının finalında
Güləşçimiz Avropa Çempionatının finalında
10-02-2020
3 erməni ilə üz-üzə
3 erməni ilə üz-üzə
16-01-2020
Yığma komandamız Qran-Pridə mübarizə aparacaq
Yığma komandamız Qran-Pridə mübarizə aparacaq
14-07-2019
Güləşçilərimiz Türkiyədə qızıl və bürünc medallar qazandı -
Güləşçilərimiz Türkiyədə qızıl və bürünc medallar qazandı - FOTO
13-07-2019
Beş güləşçimiz İstanbuldakı turnirdə mübarizə aparıb
Beş güləşçimiz İstanbuldakı turnirdə mübarizə aparıb
10-04-2019
Şərif Şərifov Avropa Çempionatında qızıl medal qazandı
Şərif Şərifov Avropa Çempionatında qızıl medal qazandı
20-12-2018
Azərbaycan çempionatının qalibləri məlum oldu
Azərbaycan çempionatının qalibləri məlum oldu
18-12-2018
Azərbaycan çempionatında finalçılar məlum oldu
Azərbaycan çempionatında finalçılar məlum oldu
26-10-2018
DÇ-2018: İki bürünc medal şansı davam edir
DÇ-2018: İki bürünc medal şansı davam edir
7-07-2018
Sərxan Məmmədov Zaqrebdə gümüş medala yiyələndi
Sərxan Məmmədov Zaqrebdə gümüş medala yiyələndi
10-06-2018
Güləşçimiz Avropa çempionatında qızıl medal qazandı
Güləşçimiz Avropa çempionatında qızıl medal qazandı
  Xəbər Lenti
Vüqar Həşimov Şahmat Akademiyası rəsmi olaraq təsdiqləndi - FIDE 27.02.2021, 21:38
Atletlərimiz Türkiyəyə yola düşdü - Qran-Pri üçün hazırlaşacaqlar 27.02.2021, 21:31
İlin bombardirləri - SİYAHI 27.02.2021, 19:55
Məşhur döyüşçü şəkillərini satışa çıxardı - FOTO 27.02.2021, 18:22
"Milan" Çalhanoğlu ilə müqavilə imzalayır 27.02.2021, 17:28
Ölkəmizi dünya çempionatında təmsil edəcək idmançılar - SİYAHI 27.02.2021, 17:19
Dörd idmançı yığmamızı tərk etdi - AÇIQLAMA 27.02.2021, 16:24
“Çatışmayan cəhətlərimizi oyundan oyuna düzəldəcəyik" - Millimizin kapitanı 27.02.2021, 16:19
Rusiyalı nazirdən Azərbaycan idmançılarına təklif - "Sputnik" peyvəndi 27.02.2021, 15:52
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 15 30
2 Qarabağ 15 29
3 Zirə  15 24
4 Sumqayıt   15 22
5 Qəbələ 15 18
6 Sabah 15 14
7 Səbail 15 13
8 Keşlə 15 13
Ətraflı
14-02-2021
TopazAZ
TopazAZ
28-01-2021
Messi yeni rekorda imza atdı -
Messi yeni rekorda imza atdı - İspaniya Kuboku
14-02-2021
I divizion
I divizion
21-02-2021
"İnter" "Milan"ı məğlub etdi
30-01-2021
Azərbaycan - Slovakiya 4:1 -
Azərbaycan - Slovakiya 4:1 - VİDEO
30-01-2021
“Həmin oyunu da itkisiz başa vurmalıyıq” -
“Həmin oyunu da itkisiz başa vurmalıyıq” - Rafael Vilela
29-01-2021
Gəncədə Futbol Akademiyası açılacaq -
Gəncədə Futbol Akademiyası açılacaq - AFFA
30-01-2021
"Kamran millidə oynamağa ikiəlli razıdır" - Cahangir Həsənzadə
28-01-2021
"Məqsədimiz yarışı birinci pillədə başa vurmaqdır” - Millimizin üzvü
29-01-2021
"Hazırlıq üçün az vaxtımız oldu" - Məşqçi fikirləri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 12 28
2 Neftçi-2 13 27
3 Sabah-2 12 23
4 Zaqatala 12 22
5 Qarabağ-2 12 19
6 Kəpəz 12 16
7 Keşlə-2 13 11
8 Qaradağ Lökbatan 12 9
9 Sumqayıt-2  12 9
10 MOİK 12 6
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb