Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Veteran futbolçumuz reanimasiyadan çıxdı
Azərbaycanın koronavirusa yoluxmuş veteran futbolçusu Qəhrəman Əliyevin səhhəti müsbətə doğru dəyişməkdədir.
Sportfm.az xəbər verir ki, bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.
Onun sözlərinə görə, Əliyev artıq reanimasiyadan çıxarılaraq, ümumi şöbəyə yerləşdirilib: "Əvvəl heç bir reaksiyası yox idi, indi isə irəliləyiş müşahidə edilir. Artıq bəzi yüngül, daha çox duru yeməkləri qəbul etməyə başlayıb".
Qeyd edək ki, Qəhrəman Əliyev Masallıda özəl klinikada müalicə alır. O, daha əvvəl Bakıda müalicə olunurdu. Əliyev "Viləş" (Masallı), "Şəmkir" komandalarında baş məşqçi, "Bakı" klubunda isə köməkçi məşqçi vəzifəsində çalışıb. (report)
Oxşar xəbərlər
Azərbaycan futboluna ağır itki
Veteran futbolçumuz faciəli şəkildə dünyasını dəyişdi - Hadisə
Azərbaycanın tanınmış futbolçusu dünyasını dəyişdi - Koronavirusdan
AFFA Elbrus Abbasovun müalicəsini nəzarətə götürdü
Qarayev veteran futbolçunu Bakıya gətirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası