Azərbaycanın tanınmış futbolçusu dünyasını dəyişdi -Koronavirusdan
Azərbaycanın veteran futbolçusu Elbrus Abbasov vəfat edib.
Sportfm.az xəbər verir ki, bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib. Onun sözlərinə görə, 70 yaşlı sabiq hücumçu koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, son vaxtlaradək Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan Elbrus Abbasov AFFA nümayəndəsi kimi oyunlara təyinat aıb. "Qarabağ", "Neftçi" və "Kəpəz" klublarının sabiq hücumçusu işğaldan azad olunmuş Ağdam şəhərində noyabrın 28-də səfərdə olub. Koronavirus xəstəliyi üzə çıxdıqdan sonra E.Abbasov elə doğma rayonunda müalicə alıb. Lakin vəziyyəti pisləşdiyi üçün veteran futbolçu Bakıya gətirilib və "Yeni klinika"ya yerləşdirilib. (report)

Oxşar xəbərlər
Azərbaycanın veteran futbolçusu vəfat etdi - Koronavirusdan
Veteren futbolçunun həyat yoldaşı da dünyasını dəyişdi - 18 gün sonra
"Elbrus Abbasovun ölümünə inanmağım gəlmir" - Sabiq futbolçu
AFFA Elbrus Abbasovun müalicəsini nəzarətə götürdü
Qarayev veteran futbolçunu Bakıya gətirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası