Qarayev veteran futbolçunu Bakıya gətirdi
"Qarabağ", "Neftçi" və "Kəpəz" klublarının koronavirusa yoluxmuş sabiq futbolçusu Elbrus Abbasov müalicə aldığı Ağdamdan Bakıya gətirilib.
Sportfm.az xəbər verir ki, bu barədə Futbol Veteranları İttifaqının (FVİ) sədri Oqtay Abdullayev məlumat verib.
Abdullayev bildirib ki, Abbasovun paytaxta gətirilməsində səbəb onun durumunun pisləşməsidir. FVİ sədri keçmiş hücumçunun “Yeni klinika”ya yerləşdirildiyini sözlərinə əlavə edib: "Onun yerləşdirilməsinə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev köməklik edib. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov isə Abbasovun müalicəsinə dəstək olacaqlarını bildirdi".
Qeyd edək ki, Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan Elbrus Abbasov AFFA nümayəndəsi kimi də fəaliyyət göstərib.
Oxşar xəbərlər
AFFA prezidenti Sadıqovu təbrik etdi - Foto
Veteran futbolçumuz reanimasiyadan çıxdı
Azərbaycanın tanınmış futbolçusu dünyasını dəyişdi - Koronavirusdan
AFFA Elbrus Abbasovun müalicəsini nəzarətə götürdü
Nazim Süleymanov AFFA-nın tədbirində - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası