reklam
Diallo İngiltərə klubuna transfer olundu
Sportfm.az xəbər saytı

Diallo İngiltərə klubuna transfer olundu


İngiltərənin "Mançester Yunayted" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" İtaliya "Atalanta"sından yarımmüdafiəçi Amad Diallonu transfer edib.

Mançester təmsilçisi kotdivuarlı vingerlə 4,5 illik müqavilə imzalayıb. Sözləşmə başa çatdıqdan sonra müddəti daha 1 il müddətinə uzadıla bilər.

Qeyd edək ki, 19 yaşlı futbolçu cari mövsümdə "Atalanta"nın heyətində 2 oyun keçirib. Onun transfer qiyməti 15 milyon avrodur.

Oxşar xəbərlər

Premyer Liqa klubu 19 yaşlı futbolçu - Transfer
20 yaşlı futbolçu üçün 9 milyon avro
“Mançester Yunayted” heyətini 18 yaşlı oyunçu ilə gücləndirdi - Premyer Liqa
Poqbanın transfer qiyməti müəyyənləşdi
15 yaşlı futbolçu "Mançester Yunayted"də

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər