reklam
İlin döyüşkən legioneri -
Sportfm.az xəbər saytı

İlin döyüşkən legioneri -Mesut Özil


İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özil İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2020" layihəsi üzrə ilin döyüşkən legioneri seçilib.

Sportfm.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək, təbliğati dəstək verib və sorğuda birinci olub.

51 KİV-in qatıldığı səsvermədə 20 jurnalist Mesut Özilə səs verib. Onlardan 6-sı Ramil Quliyevi, 6-sı isə Arda Turanı seçib. Ansi Aqolli, Maykl Essyen, İbrahim Şehiç, Donald Gerye hərəyə 4 səs toplayıbsa, Ronaldinyo 3 səs yığa bilib.

Qeyd edək ki, layihənin informasiya dəstəkçisi "Report" İnformasiya Agentliyi, baş sponsoru Azərbaycanın yeganə qanuni virtual mərc oyunları dileri "eTopaz", sponsoru Azərbaycanın ilk idman geyimi brendi "İl Azero", təşkilati dəstəkçisi isə Bakı Olimpiya Stadionudur.

Oxşar xəbərlər

İlin komandası adına 9 namizəd - SİYAHI
İlin yerli və əcnəbi futbolçusu adına namizədlər - SİYAHI
2020-ci ilin Qalibləri - SİYAHI
Özilin mükafatı səs-küyə səbəb oldu - Türkiyə mətbuatı
“İlin qalibləri-2018” layihəsi üzrə mükafatçılar müəyyənləşdi - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər