Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Rəvan"xalsız qaldı
AFFA İntizam Komitəsi növbəti dəfə birinci divizionda yarışan "Rəvan”ın 6 xalını silib.
Sportfm.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FIFA 19.12.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin "Rəvan” klubu haqqında qərar qəbul etdiyini bildirib. "Rəvan”la futbolçu Julio Sezar Mendes Moreira arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən klubun cari mövsüm aktivdən 6 xal silinməsi göstərilib.
Bunu nəzərə alaraq AFFA-nın İntizam Komitəsi "Rəvan" cari mövsüm aktivindən 6 xalını silib.
Qeyd edək ki, bundan əvvəl başqa bir futbolçunun borcla bağlı şikayəti səbəbindən, FİFA-nın qərarına uyğun olaraq, "Rəvan"ın birinci divizonda topladığı 3 xal silinmişdi.
Son qərardan sonra "Rəvan"ı xalı 0-a enib. Komanda turnir cədvəlində sonuncu - 14-cü pilləyə düşüb.
Oxşar xəbərlər
AFFA İntizam Komitəsinin qərarı dəyişdirildi
FİFA Türkiyə klubunun 6 xalını sildi - ŞOK
"Şəmkir" evdə, "Səbail" səfərdə uduzdu, "Turan Tovuz" qalib gəldi
AFFA "İnter"ə transfer qadağası qoydu
"Rəvan"dan qovulan mütəxəssisin oğlu "Fənərbaxça" ilə müqavilə bağladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası