Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Super Liqa oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Futbol üzrə Türkiyə Super Liqasının 22-24 dekabr aralığında keçiriləcək oyunlarından öncə 1 dəqiqəlik sükut elan olunacaq.
Sportfm.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Buna Türkiyə futbolunun əfsanəsi Özkan Sümerin vəfatı səbəb göstərilib. Vaxtilə Türkiyə yığmasını da çalışdırmış “Trabzonspor”un sabiq prezidenti və baş məşqçisi uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Bununla əlaqədar TFF bayrağı altında keçirilən bütün yarışlarda 1 dəqiqəlik sükut elan olunması qərara alınıb.
Oxşar xəbərlər
Avrokubok matçları sükutla başlayacaq - Qərar
Türkiyədə matçlar bir dəqiqəlik sükutla başlayacaq
Millimizin oyunu bir dəqiqəlik sükutla başlayacaq
Ölkə çempionatı 1 dəqiqəlik sükutla başlayacaq
Kubokun oyunları sükutla başlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası