reklam
Yeni prezident 12 saata seçiləcək -
Sportfm.az xəbər saytı

Yeni prezident 12 saata seçiləcək -Yanvarın 24-də


“Barselona” futbol klubunun yeni prezidenti vəzifəsinə seçkilər yanvarın 24-də saat 09:00-dan 21:00-dək keçiriləcək.

Sportfm.az xəbər verir ki, klubun tarixində ilk dəfə olaraq prezident seçkiləri COVID-19 pandemiyası ilə əlaqədar sanitariya normaları səbəbindən bir yox, on fərqli seçki məntəqəsində təşkil olunacaq. Təxminən 110 min nəfər səsvermə hüququna sahib olacaq, onların 93 faizi Kataloniyada, 4 faizi İspaniyada, 3 faizi isə xaricdə yaşayanlardır.

Seçki komissiyası üzvlərinin müəyyənləşdirilməsi üçün püşkatma mərasimi dekabrın 16-da baş tutacaq. Dekabrın 23-də seçkilərdə iştirak etmək üçün namizədlərin müraciətlərinin qəbulu aparılacaq. Namizədlik üçün imza toplanması prosesi dekabrın 23-dən yanvarın 11-dək aparılacaq. Ən azı 2257 imza toplayan namizəd seçkilərdə iştirak hüququ qazanacaq.

Oxşar xəbərlər

"Qalatasaray"ın prezidenti namizədliyini geri götürdü
BOK-da seçkilər videokonfransla keçiriləcək - Afinada
Sakinlər narazıdır - Olimpiadanın keçirilməsini istəmirlər
Dünyanın ən nəhəng klublarından biri müflis olur - "Barselona" batır
e-Milli seçimlərinə start verilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər