reklam
Yığmamız Dünya Kubokunda üçüncü oldu -
Sportfm.az xəbər saytı

Yığmamız Dünya Kubokunda üçüncü oldu -2 medalla


Azərbaycanın sərbəst güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda çıxışını başa vurub.

Sportfm.az xəbər verir ki, son olaraq 97 kq çəki dərəcəsində Şamil Zubairov bürünc medal görüşündə qüvvəsini sınayıb.

Bolqarıstanlı Ahmed Batayevlə qarşılaşan idmançı rəqibinə 1:8 hesabı ilə uduzaraq, şansını əldən verib.

Beləliklə, sərbəst güləşçilər turnirdə ümumilikdə 2 medal qazanıblar. Əhmədnəbi Qvarzatilov (61 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medala sahib çıxıb.

Bu nəticə ilə Azərbaycanın sərbəst güləş yığması ümumi komanda hesabında 91 xalla üçüncü yeri tutub. Rusiya 210 xalla birinci, Türkiyə isə 104 xalla ikinci pillədə yer alıb.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc, qadın güləşçilərdən isə Elis Manolova (65 kq) bürünc medal qazanıb.

Oxşar xəbərlər

Güləşçilərimiz 1 qızıl və 3 bürünc uğrunda yarışacaq - Fərdi Dünya Kuboku
Güləşçilərimiz bürünc medal görüşünə vəsiqə qazandı - Fərdi Dünya Kuboku
Güləşçimiz bürünc medal qazandı - Dünya Kuboku
Qadın güləşçilərimiz mübarizəyə başlayır - Dünya Kuboku
Azərbaycan güləşçisi bürünc medal qazandı - Fərdi Dünya Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər