reklam
Azərbaycanın veteran futbolçusu vəfat etdi -
Sportfm.az xəbər saytı

Azərbaycanın veteran futbolçusu vəfat etdi -Koronavirusdan


Azərbaycan veteran futbolçusu Füzuli Cavadov dünyasını dəyişib.

Sportfm.az xəbər verir ki, bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

O.Abdullayevin sözlərinə görə, F.Cavadov 71 yaşında koronavirusdan vəfat edib. Dəfn mərasimi bu gün saat 11:00-da mərhumun Bakının Mərdəkan qəsəbəsindəki bağ evində olacaq. O, Binə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Füzuli Cavadov futbolçu karyerasının böyük hissəsini "Neftçi"də keçirib. O, 1972 - 1978-ci illərdə "ağ-qara" formanı geyinib. F.Cavadov Naxçıvanın "Araz", həmçinin Rusiyanın OİK (Rostov) və Latviyanın "Dauqava" komandalarında da çıxış edib. Mərhum futbolçu Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası, AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun qardaşıdır. (report)

Oxşar xəbərlər

Veteran futbolçumuz faciəli şəkildə dünyasını dəyişdi - Hadisə
Azərbaycanın tanınmış futbolçusu dünyasını dəyişdi - Koronavirusdan
Nazim Süleymanov AFFA-nın tədbirində - FOTO
Vaqif Cavadov borca görə evini satdı
Veteran futbolçuya təqaüd veriləcək - Prezident sərəncam imzaladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər