reklam
Sportfm.az xəbər saytı

"Hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq" -Zeki Gül


Sərbəst güləş üzrə yığmamız Fərdi Dünya Kubokuna Türkiyədə hazırlığı davam etdirir.
Sportfm.az xəbər verir ki, komandamız Türkiyənin həm sərbəst, həm də yunan-Roma güləşi üzrə millilərinin toplanış keçdiyi Almadağ təlim-məşq bazasında hazırlıq keçir. Güləşçilərimiz baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında plana uyğun şəkildə məşqləri davam etdirir.
Türkiyə Güləş Federasiyasının (TGF) vitse-prezidenti Zeki Gül təlim-məşq bazasına baş çəkib və komandamızla görüşüb. Millimizə hədiyyələr təqdim edən TGF rəsmisi bunları deyib:
"Olimpiadalarda, Avropa və dünya çempionatlarında şahid oldum ki, azərbaycanlı güləşçilər türkiyəli idmançıların uğurlarına öz qələbələri kimi sevinir. Biz də Azərbaycanın hər idmançısının uğuruyla qürur duyuruq. Türkiyə Güləş Federasiyası olaraq hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq. Bu birlik bundan sonra daha da güclənəcək. Bildiyiniz kimi, dünya çempionatı ləğv olundu. Təlim-məşq toplanışı 12-18 dekabr tarixlərində Serbiyada keçiriləcək Fərdi Dünya Kubokuna hazırlıq xarakteri daşıyır. Həm bu yarışda, həm də Olimpiadada Türkiyə və Azərbaycan idmançılarına uğurlar arzulayıram". 

Oxşar xəbərlər

Güləşçilərimiz üçün DÇ öncəsi növbəti toplanış
Yığmamız hazırlığa başladı
Güləşçilərimiz Avropa çempionatına Göygöldə hazırlaşır
Yığmalarımız ölkə xaricində təlim-məşq toplanışında
Azərbaycan və Türkiyə yığmaları toplanışda - Dünya Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər