reklam
Çempionlar Liqasında ilk dəfə -
Sportfm.az xəbər saytı

Çempionlar Liqasında ilk dəfə -Matç qadın referiyə tapşırıldı


UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin V turunda İtaliya "Yuventus"u ilə Ukraynanın "Dinamo" (Kiyev) klubları arasında keçiriləcək matça təyinatlar açıqlanıb.

Sportfm.az xəbər verir ki, qarşılaşma Fransa Futbol Federasiyasından Stefani Frappara həvalə olunub. O, ÇL oyunu idarə edən ilk qadın referi kimi tarixə düşəcək.

Frappara Hişam Zakrani və Medi Ramuni kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kərim Abed yerinə yetirəcək.

Qadın referi daha əvvəl bu ilin oktyabrında Avropa Liqasının qrup mərhələsinin "Lester" (İngiltərə) - "Zarya" (Ukrayna) görüşündə (3:0) ədaləti təmsil edib.

Qeyd edək ki, "Yuventus" - "Dinamo" matçı dekabrın 2-də oynanılacaq.

Oxşar xəbərlər

İsveç - Azərbaycan oyunu qadın referiyə tapşırıldı
Qrup mərhələsində son tur- Çempionlar Liqası
Avropa Liqası matçında qadın baş hakim - Bir ilk
Superkubok matçını qadın hakim idarə edəcək - UEFA-dan şok təyinat
"Sportinq" - "Qarabağ" matçının hakimləri müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər