reklam
Sportfm.az xəbər saytı

"Araz" Çempionlar Liqası ilə vidalaşdı -Penaltilər seriyasında


"Araz" klubu futzal üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb.

Sportfm.az xəbər verir ki, Naxçıvan təmsilçisi ilkin mərhələdə Yunanıstanda AEK-lə qarşılaşıb.

Afinadakı "Dias Sports Hall"da keçirilən görüşün əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb.

Görüşdə ilk qolu meydan sahibləri vurublar. Birinci dəqiqədə Manos Hadyidrodis hesabı açıb. 20-ci dəqiqədə Panu Autio fərqi artırıb. Komandalar fasiləyə bu hesabla yollanıblar.

İkinci hissəyə daha yaxşı başlayan "Araz" 24-cü dəqiqədə təcrübəli oyunçusu Rizvan Fərzəliyevin qolu vurulan toplardan birinin əvəzini çıxıb. Cəmi 4 dəqiqə sonra Panu dubl edərək qonaqları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. 29-cu dəqiqədə "Araz"ın heyətində Fineo qırmızı vərəqə alaraq meydandan qovulub. Buna baxmayaraq, 33-cü dəqiqədə Xətai Bağıraov fərqi azaldıb. 4 dəqiqə sonra isə Ramiz Çovdarov hesabı 3:3 edib.

Əsas və əlavə vaxtda hesab dəyişmədiyindən qalibi penaltilər seriyası müəyyənləşdirib. Burada daha dəqiq (4:3) oynayan Yunanıstan klubu adını 1/16 final mərhələsinə yazdırıb.

Oxşar xəbərlər

Hoşcakal, "Beşiktaş" - Türkiyə Kuboku
"Araz" Çempionlar Liqasının əsas mərhələsində - Uğur
"Bavariya"dan səfərdə inamlı qələbə - Çempionlar Liqası
"Real" "Selta"nı peşman etdi
Messi 2 qol vurdu, "Barselona" uduzdu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər