reklam
Sportfm.az xəbər saytı

"Bavariya"dan səfərdə inamlı qələbə -Çempionlar Liqası


UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.

Sportfm.az xəbər verir ki, hər iki qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb.

İspaniya La Liqasının lideri "Atletiko" pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə oynanılan görüşdə İngiltərənin "Çelsi" komandasına 0:1 hesabı ilə uduzub. Yeganə qolu 82-ci dəqiqədə Olivye Jiru vurub.

İtaliya "Latsio"su isə öz meydanında turnirin son qalibi Almaniya "Bavariya"sına 1:4 hesabı ilə məğlub olub. Oyunda hesabı 9-cu dəqiqədə qonaqların hücumçusu Robert Levandovski açıb. 23-cü dəqiqədə Camal Musiala, 42-ci dəqiqədə isə Leroy Sane rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib. İlk hissə bu hesabla bitib. Münhen təmsilçisi ikinci yarıya da erkən qolla başlayıb. 47-ci dəqiqədə Roma klubunun futbolçuu Françesko Açerbi topu öz qapısından keçirib. 2 dəqiqə sonra "Latsio" fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.

Komandalar arasında cavab görüşləri martın 18-də keçiriləcək.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

24:00. "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə) - 0:1

Qol: Olivye Jiru, 68

24:00. "Latsio" (İtaliya) - "Bavariya" (Almaniya) - 1:4

Oxşar xəbərlər

"Bavariya" və "Liverpul" 1/4 finalda Çempionlar Liqası
1/8 finala yekun vuruldu - Çempionlar Liqası
1/8 finala yekun vurulacaq - Çempionlar Liqası
"Yuventus" və "Sevilya" uduzdu - Çempionlar Liqası
Çempionlar Liqası: Londonda iki qol, Almaniyada darmadağın

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər