reklam
Sportfm.az xəbər saytı

"Sabah"ın legionerləri növbəti oyunu buraxacaq -Sıradan çıxdılar


"Sabah" klubunun zədəli futbolçuları Slavik Alxasov, Filip İvanoviç və Yevgeni Koçukun durumuna aydınlıq gəlib.

Sportfm.az xəbər verir ki, Moldova yığmasının heyətində Yunanıstana 0:2 hesabı ilə uduzduqları görüşdə xəsarət alan Kuçuk bir həftə sonra sıraya dönə biləcək.

Premyer Liqanın IX turunda "Zirə"yə 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmada zədələnmiş serbiyalı müdafiəçi Filip İvanoviç də eyni müddətə sıradan çıxıb. Hər iki oyunçu X turda "Səbail"lə ev matçını buraxacaq.

İvanoviçlə eyni matçda zədələnmiş Slavik Alxasov isə zədəsini bərpa edib. O, böyük ehtimalla, növbəti görüşün heyətində yer alacaq.

Qeyd edək ki, noyabrın 21-də keçiriləcək "Sabah" - "Səbail" qarşılaşması saat 14:00-da başlayacaq. "Sabah" Premyer Liqada ardıcıl 6 oyundur məğlub olur.

Oxşar xəbərlər

"Sabah"ın oyunçusu Albaniya klubunda - Müqavilə
“Sabah” “Sumqayıt”ı uddu - Yoxlama oyunu
"Səbail" - "Sabah" - START HEYƏTLƏR
"Sabah"ın yeni transferi qol vurdu, "Sumqayıt" məğlub oldu
"Sabah" 3-1 "Səbail" - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər