reklam
Sportfm.az xəbər saytı

"Sərgilədiyimiz oyunun qarşılığını ala bilmirik" -Rıza Çalımbay


"Zədəli futbolçuların sayının artmasına görə bir az çətinlik çəkdik. Oyunlara istədiyimiz heyətlə çıxa bilmədik. Bəzi çatışmazlıqlar oldu, amma daha yaxşı çıxış etməyə çalışırıq".

Sportfm.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın Avropa Liqasının I qrupundakı rəqiblərindən olan Türkiyənin "Sivasspor" komandasının baş məşqçisi Rıza Çalımbay klubun rəsmi saytına açıqlamasında deyib.

57 yaşlı mütəxəssis III turda "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdikləri görüşü də xatırlayıb: "Avrokuboklarda ilk qələbəmizi qazandıq. Bu qrupdan çıxacağımıza inanıram. Qarşıda 3 oyunumuz var. Hamısı da bizim üçün finala bərabər olacaq".

Təcrübəli baş məşqçi Superliqada istədikləri oyunu sərgiləyə bilməmələrinə də diqqət çəkib: "Daha yaxşı nəticələr əldə etməliyik. Sərgilədiyimiz oyunun qarşılığını ala bilmirik. Milli komandaların matçları ilə əlaqədar fasiləni yaxşı dəyərləndirməliyik. Çempionatda da uğur qazanacağıq".

Çalımbay "Qalatasaray"a 1:2 hesabı ilə uduzduqları matçda hakim səhvlərinin olduğunu söyləyib. O, referinin cəsarətli ola bilmədiyini və yalnış qərarlar verdiyini iddia edib.

Qeyd edək ki, "Qarabağ" IV turda "Sivasspor"u qəbul etməlidir. Ağdam klubu noyabrın 26-dakı matçın Bakıda keçirilməsi üçün UEFA-ya müraciət edib.

Oxşar xəbərlər

"Qarabağ"la matçda qələbədən başqa şansımız yoxdur" - Rıza Çalımbay
"Türkiyə üçün önəmli qarşılaşma idi" - Rıza Çalımbay
"Qarabağ"la matç bizim üçün finaldır" - Rıza Çalımbay
"Makkabi" və "Qarabağ"ı məğlub edib, üstünlük qazanacağıq" - Rıza Çalımbay
"Evdəki oyunlarda azarkeşlər olarsa, daha yaxşı olacaq" - Rıza Çalımbay

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər