Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Maradona tezliklə evə buraxılacaq -Həkimi açıqladı
Argentinanın "Ximnasiya və Esqrima" komandasının baş məşqçisi Dieqo Maradonanın həkimi Leopoldo Luke onun vəziyyətindən danışıb.
Sportfm.az xəbər verir ki, o, 60 yaşlı mütəxəssisin tezliklə evə buraxılacağını söyləyib.
Luke Marodonanın durumunun yaxşı olduğunu bildirib: "O, artıq xəstəxanadan çıxmağı gözləyir. Terapevtlər demək olar ki, vaxt təyin ediblər. Tezliklə onlarla danışacağıq. Bir neçə testdən keçməliyik, amma irəliləyişlərin olduğu aydındır. Praktiki olaraq sağlamdır və artıq xəstəxananı tərk etmək istəyir. O, bu gün və ya sabah evə buraxılacaq".
Qeyd edək ki, son illər Dieqo Maradona səhhəti sarıdan çoxlu problem yaşayıb.
Oxşar xəbərlər
Maradonanın son müraciəti - VİDEO
Dieqo Maradona əməliyyat olundu - "Hər şey normal və fəsadsız başa çatdı"
Maradonanın durumu açıqlandı - Müşahidə altında olacaq
Əfsanəvi futbolçu xəstəxanaya yerləşdirildi - Özünü piss hiss etdi
Dieqo Maradona millinin təklifini rədd etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası