reklam
Əfsanəvi futbolçu xəstəxanaya yerləşdirildi -
Sportfm.az xəbər saytı

Əfsanəvi futbolçu xəstəxanaya yerləşdirildi -Özünü piss hiss etdi


Argentinanın "Ximnasiya və Esqrima" futbol komandasının baş məşqçisi Dieqo Maradona xəstəxanaya yerləşdirilib.

Sportfm.az xəbər verir ki, bu barədə "Goal" nəşri Argentinadakı mənbəyə istinadən xəbər yayıb. 60 yaşlı mütəxəssisin səhhətininin təhlükə törətmədiyi və COVID-19 testinin mənfi nəticə verdiyi bildirilir.

Maradona sonuncu dəfə oktyabrın 30-da "Ximnasiya və Esqrima" komandasının "Patronato"nu 3:0 hesabı ilə yendiyi çempionat matçında ictimaiyyət qarşısına çıxıb. Bu qələbə əfsanəvi futbolçunun 60 illik yubileyinə təsadüf edib. O, oyundan öncə xatirə lövhəsi alıb, amma özünü piss hiss etdiyini deyərək, qarşılaşmanı sonadək izləməyib. Sabiq hücumçunun paytaxt Buenos-Ayresdən bir saatlıq məsafədə olan klinikaya yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, son illər Dieqo Maradona səhhəti sarıdan çoxlu problem yaşayıb.

Oxşar xəbərlər

Dieqo Maradona əməliyyat olundu - "Hər şey normal və fəsadsız başa çatdı"
Maradonanın durumu açıqlandı - Müşahidə altında olacaq
Dieqo Maradona karantinə alındı - Koronavirusa görə
"Messi və Ronaldo dünyanın ən yaxşı futbolçularıdır" - Dieqo Maradona
Dieqo Maradona millinin təklifini rədd etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər