reklam
Erməni futbolçudan Azərbaycana qarşı təxribat
Sportfm.az xəbər saytı

Erməni futbolçudan Azərbaycana qarşı təxribat


Almaniyanın "Hoffenhaym" klubunu erməni futbolçusu Sarkis Adamyan "Slovan"a (Çexiya) qarşı Avroliqanın matçından (5:0) sonra Azərbaycana qarşı  təxribatçı açıqlama verib.

Sportfm.az xəbər verir ki, bu görüşdə 2 dəfə fərqlənən Adamyan sport24.ru saytına açıqlamasında  qolları Azərbaycan ordusuna qarşı döyüşən erməni "qardaş və bacılarına həsr etdiyini" deyib. Bu zaman o, Qarabağın adını "Artsax" kimi qeyd edib:
"Dublumu vətənimə, Artsaxda döyüşən bacı və qardaşlarıma həsr edirəm. Siz hamınız qəhrəmansınız. Sizi bağrıma basıram. Mənim bu qollarım bu çətin günlərdə Ermənistan xalqı üçün kiçik bir hədiyyədir. Erməni qəhrəmanlara eşq olsun. İrəli, Ermənistan. Biz qalıb gələcəyik".

Adamyanın belə açıqlaması təxribat və futbolu siyasətə qatmaqdır. Bu isə FİFA və UEFA-nın qaydalarına ziddir.



Oxşar xəbərlər

İtaliya klubundan Azərbaycana qarşı təxribat - FOTO
Erməni şahmatçı təxribatçı paylaşım etdi
AFFA UEFA və FIFA-ya müraciət edəcək - Təxribatçı hərəkəti ilə bağlı
UEFA-dan “Qarabağ”ın matçına xüsusi təyinat
Bundesliqa klubu erməni futbolçu transfer etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər