Millimizin futbolçusu gözəl qol vurdu -Çempionlar Liqası
Qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Vüsalə Seyfəddinova UEFA Çempionlar Liqasında gözəl qola imza atıb.
Sportfm.az xəbər verir ki, Türkiyənin "Qaziantep ALG Spor" klubunda çıxış edən yarımmüdafiəçi ilkin təsnifat mərhələsində Albaniyanın “Vlazniya” komandasına qarşı oyunda fərqlənib.
Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb, əlavə vaxtda isə tərəflər hərəyə bir dəfə fərqləniblər. Seyfəddinova komandasının ilk qolunun müəllifi olub. Qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən Albaniya təmsilçisi növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, Vüsalə Seyfəddinova Türkiyə klubuna bu ilin oktyabrında Rusiya "Ryazan"ından keçib.
Oxşar xəbərlər
Azərbaycan Türkiyənin qarşısına bu heyətlə çıxacaq - SİYAHI
Millimizin futbolçusu Türkiyədə klubunu dəyişdi - TRANSFER
Millinin iki oyun üçün heyəti - SİYAHI
Millimizin Rusiya və Danimarka ilə oyunlar üçün heyəti - SİYAHI
Millimizin futbolçusu Türkiyə klubunda - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası