“Dinim sülh və sevgidir” – Pol Poqba
“Sun” nəşri yalan xəbər yazmaqda davam edir. Haqqımda 100 faiz əsassız olan xəbərlər dolaşır, heç vaxt demədiyim fikirlər adımdan yayımlanır”.
Sportfm.az xəbər verir ki, bu sözləri Fransa yığmasının və “Mançester Yunayted”in futbolçusu Pol Poqba milli karyerasını bitirdiyi ilə bağlı “Sun” nəşrinin yaydığı məlumata münasibət bildirərkən deyib.
Fransa prezidenti Emmanuel Makronun dini ayrı-seçkiliyə yol verən açıqlamalarına görə, yığmadan getdiyi iddia edilən yarımmüdafiəçi sosial şəbəkə vasitəsilə bunu təkzib edib. 27 yaşlı oyunçu belə informasiyaların onu məyus etdiyini deyib: “Bəzi media mənsubları saxta başlıqlarla məni qəzəbləndirir, şoka salırlar, dinimi və Fransa yığmasını bu məsələlərə alət etməyə çalışırlar. Hər cür terrora qarşıyam. Mənim dinim sülh və sevgidir, buna hörmət edilməlidir. Təəssüf ki, bəzi media nümayəndələri mətbuat azadlığından sui-istifadə edərək, yazdıqlarının doğruluğunu yoxlamırlar”.
Poqba “Sun” nəşrini məhkəməyə verəcəyini də əlavə edib: “Bu feyk xəbəri yayanlara qarşı qanuni tədbir görəcəyəm”.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |