Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Mançester Yunayted" qalib gəldi -VİDEO
“Mançester Yunayted” İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.
Sportfm.az xəbər verir ki, Ole-Qunnar Sulşerin çalışdırdığı kollektiv “Nyukasl"la qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib.
Görüşdə hesabı 2-ci dəqiqədə “qırmızı şeytanlar”ın öz qapısına qol vuran oyunçusu Luk Şou açıb.
Komandanın qələbə qollarını isə 23-cü dəqiqədə Harri Makuayer, 86-cı dəqiqədə Bruno Fernandeş, 90-cı dəqiqədə Aaron van Bissaka və 90+6-cı dəqiqədə Markus Reşford vurub.
Qeyd edək ki, “Mançester Yunayted” bu qələbədən sonra 6 xalla turnir cədvəlində 14-cü yerdədir. Aktivində 7 xal olan “Nyukasl Yunayted” isə 11-cidir.
Oxşar xəbərlər
Mançesterliləri biabır etdilər - Premyer Liqa
Derbidə qırmızı rəng - "Mançester Yunayted"dən əzmkar qələbə
“Nyukasl” – “Mançester Yunayted” 1:1 - VİDEO
"Mançester Yunayted" derbidə qalib gəldi - Premyer Liqa
"Mançester Yunayted"dən yeni rekordu - Premyer Liqa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası