reklam
AIBA prezidenti nə vaxt müəyyən olunacaq?
Sportfm.az xəbər saytı

AIBA prezidenti nə vaxt müəyyən olunacaq?


Beynəlxalq Boks Assosiasiyası (AIBA) Konqressinin növbəti iclası dekabrın 12-13-də keçiriləcək.
Sportfm.az xəbər verir ki, tarix qurumun İcraiyyə Komitəsinin üzvlərinin elektron səsverməsi ilə təyin olunub.
İclasda assosiasiyanın yeni prezidenti seçiləcək və qurumun yeni nizamnaməsi qəbul ediləcək.
Bildirilib ki, AIBA təkcə təşkilatın nizamnaməsini deyil, həm də yarışın formatını və təqvimini dəyişdirmək üçün fəal işləyir
Daha əvvəl qurultayın fövqəladə iclası iyunun 20-nə nəzərdə tutulsa da, koronavirus pandemiyası səbəbindən ləğv olunmuşdu.
Qeyd edək ki, ötən ilin martında özbəkistanlı sahibkar Qafur Rəhimov AIBA rəhbəri vəzifəsindən istefa verib. Hazırda assosiasiyanın prezidenti səlahiyyətlərini Məhəmməd Mustasan yerinə yetirir.

Oxşar xəbərlər

BOK AIBA-nın yenidən qurulmasında ümüdsizdir
AIBA-nın prezidenti postunu birdəfəlik tərk etdi
İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək
Süleyman Mikayılov AİBA-nın İcraiyyə Komitəsinə üzv seçildi
Boks olimpiada proqramından çıxarıla bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər