“Universiada-2023”də 11 min idmançı iştirak edəcək
Yekaterinburqda keçiriləcək “Universiada-2023”də təxminən 11 min idmançı iştirak edəcək.
Sportfm.az xəbər verir ki, bu barədə “Universiada-2023”ün icraçı direktoru Aleksandr Çernov məlumat verib.
O, qeyd edib ki, yarışlarda 18 idman növü üzrə 11 min idmançı mübarizə aparacaq. Yekaterinburqun universiadanı layiqincə keçirməyə hazır olduğunu bildirən A.Çernov vurğulayıb ki, həm təşkilatçılığın yüksək olması, həm də mövcud infrastruktur turnirin ideal şəkildə baş tutmasına imkan yaradır.
Universiadanın Yekaterinburqda keçirilməsi ilə bağlı qərar 2019-cu il iyulun 2-də Beynəlxalq Universitet İdmanı Federasiyasının (FISU) İcraiyyə Komitəsi tərəfindən verilib.
Qeyd edək ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.
Oxşar xəbərlər
“Yekaterinburq-2023”ə ayrılan vəsaitin ümumi məbləği artırıldı - 69,8 milyard olacaq
Ümumdünya Yay Universiadası təxirə salındı - Koronavirusa görə
Ümumdünya Yay Universiadasına 80 milyarddan çox pul ayrıldı
Ümumdünya Yay Universiadasının açılış mərasimi keçirildi
Neapolda Azərbaycan bayrağı qaldırıldı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası